Главная > Siyasət / Manşet > Masallıda 3-cü dərəcəli “Rəşadət” ordeni Şəhidin ailəsinə təqdim olundu

Masallıda 3-cü dərəcəli “Rəşadət” ordeni Şəhidin ailəsinə təqdim olundu


19-08-2022, 19:10. Разместил: admin44

Masallıda 3-cü dərəcəli “Rəşadət” ordeni Şəhid əsgər Şahbazov Kənan Natiq oğlunun ailəsinə təqdim olundu.
 
Şəhid əsgər Şahbazov Kənan Natiq oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Bu münasibətlə 19 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və fəalları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin əməkdaşları şəhidin ailəsini ziyarət etmişlər. Masallı rayonunun Çaxırlı kəndində keçiriliən görüşdə şəhid əsgər Şahbazov Kənan Natiq oğlunun ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni onun anasına təqdim olunmuşdur.

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev şəhidimizin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs etmişdir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад