Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Çaxırlı və Təklə kənd ərazilərində

Masallıda rayon rəhbəri Çaxırlı və Təklə kənd ərazilərində


22-08-2022, 18:30. Разместил: admin44

22 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Çaxırlı və Təklə ərazilərinin sakinləri ilə görüşmüşdür.

Görüşdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə-bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Qeyd etmək yerinə düşər ki, icra başçısı Çaxırlı kənd qəbiristanında Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə uzun illər Qazısı olmuş, cəmiyyətdə dərin nüfuzu olan Hacı Mirqiyas Ağa Təhməzovun da məzarını ziyarət etmiş, üzərinə təzə güllər düzmüşdür.

Araz Əhmədov həmçinin Mollahəsənli kənd qəbiristanında Azərbaycan Respublikasının Xalq artisti İlham Əsgərovun da məzarını ziyarət etmiş, üzərinə təzə güllər düzmüşdür.

Sonra rayon rəhbəri Ləngan kəndində yaşayan Birinci Qarabağ müharibəsi şəhidi Musayev Murad Qurbanəli oğlunun ailəsini ziyarət edib, ailənin qayğı və problemləri, yataq xəstəsi olan şəhidin anası Musayeva Ruqiyyə Ağabala qızını yoxlayıb, ev şəraitinə baxıb. Şəhidin anası ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq bildirib.

İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.

Çaxırlı, Bala Təklə, Sarıcəfərli, Təklə, Ləngan, Mollahəsənli, Sığıncaq kəndlərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Cəfərov Hacı Məsləhət İbad oğlu, Bağırov Şəkur Əliağa oğlu, Nəbiyev Şahin Əlibala oğlu, İbrahimov Çingiz Təvəkkül oğlu, Qarayeva Çəməngül Meybulla qızı, Əliyev Əhliman Elman oğlu, Həmidov Əhmədağa Əli oğlu, İsmayılov Yavər Şahverdi oğlu, Məmmədov Qasım Nəzir oğlu, Quliyev Tahir Əlişan oğlu, Ağayev İbadulla Yadulla oğlu, Əkbərov Fərasət Əlabbas oğlu, Rüstəmov Qüdtrət Kamal oğlu, Rüstəmov Vəfadar Qəzənfər oğlu və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş etmişlər.

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.











“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад