Главная > Siyasət / Manşet > Qodman ərazisində səyyar görüş-qəbulu

Qodman ərazisində səyyar görüş-qəbulu


24-08-2022, 16:51. Разместил: admin44

24 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Qodman kənd ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir.

Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan edərək ərazi barədə məlumatlar vermək üçün sözü Masallı RİHB-nın Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə verdi.

Masallı RİHB-nın Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sirus Səfərov ərazi barədə geniş məruzə ilə çıxış etdi.

Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Əliyev Rza Mirzağa oğlu, Hüseynov İntiqam Təzəxan oğlu, Əmirov Bəhruz Şirxan oğlu, Cahangirov Şəmsulla Balağa oğlu, Əsədzadə Ruzbek Muxtar oğlu, Mikayılov Sehran Səfər oğlu və başqaları yaşadıqları kəndlərdə mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, rabitə xəttlərinin yenilənməsi, köhnə qaz xəttlərinin dibinin bərkidilməsi, kəndə asfalt örtüyün döşənməsi, suötürücü kanalların təmizlənməsi, poçt binasının mərkəzdə tikilməsi, uşağının xəstə olması, avtobus marşrut xəttinin açılması, ağacların budanması, abonent telefon borcları ödənildikdən sonra vətəndaş müraciəti olmadan dərhal aşılması, su və artezian quyuların salınması və digər təxirəsalınmaz sosial məsələlər barədə müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад