Главная > Siyasət > Avqustun 24-də Prezidentlərin görüşü

Avqustun 24-də Prezidentlərin görüşü


26-08-2022, 13:54. Разместил: admin44

Azərbaycan və Qazaxıstan böyük türk dünyasının üzvləridir. Eyni zamanda hər iki ölkə qlobal siyasi müstəvidə strateji mövqedə yerləşirlər. Azərbaycan və Qazaxıstan arasında bir çox sahələrdə razılaşmalar var. Ortaq tarix, dil və mədəniyyət kimi birləşdirici amillər də bu prosesə təkan verir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, İlham Əliyevin Azərbaycan- Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.  Azərbaycan Prezidentinin Cənab İlham Əliyevə verilən orden yalnız dövlətimiz və xalqımız qarşısında deyil, bütövlükdə, Türk dünyasına göstərdiyi tarixi xidmətlərinə bəslənilən ali münasibətin ifadəsi və həqiqətin etirafıdır. Vaxtilə İbn Sina dəyərli kəlamlarından birində həqiqətin dünyada oynadığı rolu bu cür ifadə etmişdi: “Kainatın ruhu həqiqətdir”. 44 günlük müharibədə ağır hərbi-siyasi və mənəvi-psixoloji məğlubiyyətə məruz qalan Ermənistan və onun himayədarları, eləcə də xaricdəki erməni lobbi təşkilatları bu tarixi həqiqəti informasiya məkanında nə qədər təhrif edib ona kölgə salmağa cəhd göstərsələr də, göründüyü kimi, onların aqoniya vəziyyətindəki bütün bu çırpıntıları əbəsdir və uzun onilliklərin xəstə təxəyyülündən irəli gələn siyasi cılızlığın növbəti təzahürüdür.
 
Qazaxıstan və digər tarixi müttəfiqlərimizlə imzalanan Bəyannamələr ölkələrimizlə, bütövlükdə türk dünyası ilə yanaşı, Asiya və Avropa arasında iqtisadi bağların daha da dərinləşməsinə ciddi töhfə verəcək. Prezident İlham Əliyev məhz bu tarixi məqamı nəzərə alaraq, Bəyannamənin siyasi-iqtisadi əhəmiyyətinə də xüsusi diqqət yetirərək bildirdi: “Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq”. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin - işğaldan azad edilmiş Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə"nin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.

Aparılan danışıqlar, imzalanməş sənədlər ümumilikdə göstərir ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.



Şükürova Aytən Nadir qızı,
Dəmirçi kənd ümumi orta məktəbunin direktoru.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад