Главная > Siyasət > Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım -Jomart Tokayevlə görüşü

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım -Jomart Tokayevlə görüşü


26-08-2022, 14:03. Разместил: admin44

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə rəsmi ziyafət verilib.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamladıqdan sonra Prezident İlham Əliyev bildirdiki, “Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaq.Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz”.

Bundan sonra, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında geniş tərkibdə görüş keçirilmişdir.Görüşdə Qazaxıstan Prezidenti çıxış edərək demişdir ki, Cənab Prezident İlham Əliyevin güclü, nüfuzlu rəhbərliyi ilə  Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanmışdır. Tokayev statistikanı diqqətlə nəzərdən keçirtdiyini və Azərbaycan İqtisadiyyatının inamla artdığını qeyd etmişdir. Cari ilin birinci rübündə ümumi daxili məhsul təqribən 7,5 faiz artaraq 23,5 milyard dollara çatdığını qeyd edən Qazaxstan prezidenti Azərbaycanın iqtisadi inkişaf perspektivləri çox yaxşı olduğunu bir daha vurğulaşışdır. Əlbəttə, burada Azərbaycan xalqının ümummilli liderinin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin tarixi xidmətmətlərinin olduğunu bildirmişdir.

Qazaxıstanda Azərbaycan prezidenti İlham Əliyeviə çox böyük hörmət bəslənildiyi, insanlar tərəfindən tanındığını, dəstəkləndiyini öz çıxışında cənab Kasım-Jomart Tokayev qeyd etmişdir. Bununla əlaqədar Qazax xalqı adından cənab İlham əliyevə orden təqdim olunmuşdur.Bildiyimiz kimi, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib.Bu ədalətli prinsip müasir beynəlxalq hüquqa tamamilə müvafiqdir. Ona görə burada da eyni mövqe, eyni yanaşmalar, ortaq baxışlar var. Gələcəkdə ölkələrarası əməkdaşlığımızın inkişafı gözəl töhvələr verəcək. Sonda Qazaxıstan Prezidentinin “Altın kıran” ordenini dövlətimizin başçısına bütün qazax xalqı adından ehtiram əlaməti olaraq təqdim etməyi çox qururverici anlar idi.



Ağayev Elçin Məqsud oğlu,
Masallı rayonu Rüdəkənar kəndi, Masallı Dövlət Regional Kollecin müəllimi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад