Главная > Siyasət / Manşet > Köhnə Alvadı ərazisində səyyar görüş-qəbulu
Köhnə Alvadı ərazisində səyyar görüş-qəbulu31-08-2022, 23:30. Разместил: admin44 |
31 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Köhnə Alvadı kənd ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir. Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan edərək ərazi barədə məlumatlar vermək üçün sözü Masallı RİHB-nın Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə verdi. Masallı RİHB-nın Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zahir Qarayev ərazi barədə geniş məruzə ilə çıxış etdi. Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Əliyev Cəlal Xəlil oğlu, Əliyev Ərəstun Bayram oğlu, İsrafilov Nadir Mikayıl oğlu, Bağırov Fərhad Qulam oğlu, Əliyev Vasif Aqquş oğlu, Qarayev Süleyman Fərman oğlu, İbişov Füzuli İbiş oğlu, Həsənov Absəməd Abı oğlu və başqaları yaşadıqları kəndlərdə mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, rabitə xəttlərinin yenilənməsi, xəstə olması haqqında sənədin hazırlanması, veteran polisə həyətyanı torpaq sahəsi verilməsi, abonentin adına olan qaz borcunun məhkəmə işi, qanunsuz balıq saxlanılması, abonentə ev telefonu və internet xəttinin çəkilməsi, su məsələsi, kənd ərazisində bankomatın qoyulması və digər təxirəsalınmaz sosial məsələlər barədə müraciətlər etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |