Главная > Siyasət / Manşet > Masallı Rayon İcra Hakimiyyəti başçısının 2 sentyabr 2022-ci il tarixli vətəndaş qəbulu
Masallı Rayon İcra Hakimiyyəti başçısının 2 sentyabr 2022-ci il tarixli vətəndaş qəbulu2-09-2022, 17:28. Разместил: admin44 |
02 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Xırmandalı, Həsənli, Yeddioymaq və digər kəndlərindən 150 nəfərdən çox vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |