Главная > Siyasət > Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır


5-09-2022, 09:35. Разместил: admin44

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın Avropa üçün önəmi xeyli dərəcədə artmaqdadır.Azərbaycan ilə Avropa İttifaqı arasında müstəqillik illərində bir çox sahələrdə, həmçinin neft, qaz və bərpaolunan enerji mənbələrinin  səmərəliliyi və digər məsələləri nəzərdə tutan enerji dialoqu uğurla həyata keçirilir.Bunu  sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu bir daha sübut elədi.

 Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolu barədə ətraflı danışıb. Dövlət başçısı 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il ötəndən sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduğumuzu xatırladıb.Həmçinin  hazırda Avropanın ciddi ehtiyac duyduğu ölkəmizin təbii qaz potensialını da konkret göstəricilərlə xarakterizə edib. Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumatı diqqətə çatdıraraq, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını vurğulayıb. Prezident İlham Əliyev forumda yuxarıda adı çəkilən Cənub Qaz Dəhlizinin üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sisteminin– Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərlərinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da diqqətə çatdırıb. “Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür”, - deyə dövlətimizin başçısı qeyd edib.Ölkə rəhbəri çıxışında, həmçinin bu il həmin həcmi artırmağın və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyin planlaşdırıldığını da vurğulayıb”.
           
Qeyd edək ki, Çernobbio Forumunda dünyanın aparıcı beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.Forum Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqləyib.                                                                          
                                                                                                 


Mürvət Abbasov,
Tarix üzrə fəlsəfə doktoru,
ADPU Cəlilabad filialının müəllimi.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az

                                                               
                                        
                                           

шаблоны для dle 11.2
Вернуться назад