Главная > Siyasət > Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı yüksəkdir

Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı yüksəkdir


7-09-2022, 08:59. Разместил: admin44

Sentyabrın 2-də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.
           
Möhtərəm  Prezidentimiz çıxışında ölkələrimiz arasında fəal siyasi dialoqdan,  ikitərəfli gündəliyimizə yeni, vacib mövzuların daxil olunmasından danışdı, ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüsləri diqqətə çatdırdı. Cənab Prezident çıxışında  qeyd edib ki, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmış, ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı davamlı şəkildə geniş müzakirələr aparılıb və aparılır.

Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışan Möhtərəm Prezidentimiz onların diqqətini bəzi tarixi məqamlara yönəltmək istədiyini söyləmişdir:“Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.
Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır.

Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik.Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq.Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq. Əlbəttə, neft və qaz ilə bağlı diqqətinizə çatdırdığım rəqəmləri nəzərə alsaq, biz özümüzü olduqca rahat hiss edə bilərik. Çünki bizim elektrik enerjisi istehsal edən stansiyalarımız təbii qaz, yanacaq və su ehtiyatlarından istifadə edir.2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur.Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək.Bu isə bizim ixrac potensialımızı gücləndirəcək.”

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə bərpaolunan enerjinin əldə olunması üçün əlverişli mühit yaranıb.Qarabağda günəş, külək enerjisi növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bizim hər zaman öz siyasətimiz olub və bu siyasət beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində qurulub. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir.


 
Dilgüşə Məmmədova,
YAP Masallı Rayon Təşkilatı  Masallı Tarix-Diyarşünaslıq  Muzeyi ərazi
partiya təşkilatının sədr müavini.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад