Главная > Siyasət / Manşet > Masallı Rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2022-ci il tarixli vətəndaş qəbulu

Masallı Rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2022-ci il tarixli vətəndaş qəbulu


9-09-2022, 18:04. Разместил: admin44

09 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Sığdaş, Xırmandalı, Həsənli, Yeddioymaq və digər kəndlərindən 94 nəfərdən çox vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 42-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад