Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüşdü

Masallıda rayon rəhbəri ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüşdü


10-09-2022, 17:36. Разместил: admin44

10 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirib.

Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Səfail Eyvazov və Masallı rayon ərazisində yerləşən məktəblərin direktorları iştirak etdilər.

Görüşü RİH başçısı A.Əhmədov açaraq müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin qarşısında böyük imkanlar açır. Natiq qeyd etdi ki, bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır.

Daha sonra son illər təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən danışan Araz Əhmədov Prezident İlham Əliyevin təhsil – millətin gələcəyi olan gənc nəslin ilkin təlim və tərbiyə aldığı məktəblərə göstərdiyi bu böyük diqqət və qayğını qeyd edərək bildirb ki, 2021-2022-ci tədris ili başa çatıb. Yeni dərs ilində sizlərə və rəhbəri olduğunuz kollektivə düzgün mövqe tutmağı, vəzifəsindən, peşəsindən asılı olmayaraq işinə məsuliyyətlə yanaşmağı arzu edirəm.-Bu görüş bizim ilk tanışlıq görüşümüz olmaqla yanaşı həm də məktəblərdə şagirdlərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinin təhlili ilə əlaqədardır. Yeni dərs ilindən zəif nəticəsi olan məktəblərin rəhbərləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilməlidir. Bir sözlə, nöqsanlar aradan qaldırılmalıdır, — deyə A.Əhmədov xüsusi qeyd edib.

Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov çıxışında bildirib ki, hazırda Masallı rayonu üzrə təhsil sektorunun strukturuna 95 ümumi təhsil məktəb, o cümlədən 66 tam orta, 26 ümumi orta, 3 ibtidai məktəb, 2 məktəbdənkənar və 17 məktəbəqədər təhsil müəssisəsi daxildir.

Daha sonra çıxış edən Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin direktoru İlham Ağayev, Qızılavar kənd Ə.Mirzəyev adına tam orta məktəbin direktoru Lətifə Qənbərzadə və başqaları qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.








“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад