Главная > Siyasət / Manşet > Masallı RİH başçısının Musakücə ərazisində səyyar-görüş qəbulu
Masallı RİH başçısının Musakücə ərazisində səyyar-görüş qəbulu14-09-2022, 16:17. Разместил: admin44 |
14 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Musakücə kəndi ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir. Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 6 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verdi. Növbəti səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Rzayev Rizvan Həsənağa oğlu, Abbaszadə Tərlan Soltanağa oğlu, Qulamov Surəddin Qəyyum oğlu, Həsənov Ceyhun Soltan oğlu, Abbasov Vasif İmran oğlu, Bayramov Nəcəfqulu Xudaverdi oğlu, Rzayev Nizami Əsgər oğlu və başqaları 14 məsələ ilə bağlı - kənd məktəbindən 13 nəfərinin ölkəmizin müxtəlif universitetlərinə qəbul olması, mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və işıqların gün ərzində 10 dəfə yanıb-sönməsi, içməli su məsələsi, payıbəlli torpaqlarla bağlı, 250 metr yolun asfaltlanmasına kömək göstərilməsi, kənddə məktəb tikintisi, yaşayış evlərinin sığortalanması, qanunsuz ticarət və digər təxirəsalınmaz sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |