Главная > Siyasət > 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır

13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır


16-09-2022, 20:26. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin  iyun ayının 27-də Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında deyib: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Son  hadisələr möhtərəm dövlət başçımızın nə qədər haqlı olduğunu və dövlətimiz tərəfindən hərbi quruculuq istiqamətində atılan addımların müstəsna əhəmiyyətini bir daha sübut etdi. 13 sentyabr tarixində  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
           
Törədilən  genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir .13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Ermənistanın insidentləri və təxribatları ölkəmizdə həmrəylik mühitini daha da bərkidir. Azərbaycan xalqı ölkədə siyasi sabitliyin qorunması üçün əslbirlik nümayiş etdirir.
             
13 sentyabr tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorika ölkəmizdə qeyri-sabitlik yaratmağa yönəlmiş cəhddir. Ermənistanın hərbi-siyasi rejiminin davamlı təxribatları təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün region üçün təhdiddir.Erməni silahlı birləşmələrinin 13 sentyabr tarixində törətdikləri növbəti təxribat bir daha göstərir ki, Azərbaycan xalqının ən güclü silahı Prezident İlham Əliyevin yürütdüyü daxili siyasət sayəsində cəmiyyətimizdə formalaşmış milli həmrəyliyimiz, Ali Baş Komandanın ətrafında yaranmış sarsılmaz birliyimizdir. Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb. Sentyabrın 12-13-də baş vermiş təxribat təkcə Azərbaycanın yox, ümumiyyətlə, bütün Cənubi Qafqazın iqtisadi və siyasi aktuallığının artmasına qarşı yönəlmiş növbəti terror aktıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.  Erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.  Bu gün Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkə və təşkilatlar regionun inkişafını istəməyən və əngəlləməyə çalışan qüvvələrdir. Yalnız Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün Cənubi Qafqazın davamlı inkişafının zəmanəti ola bilər.
             
 

Şahbazova Məhbubə Mursəl qızı,
Bədəlan kənd tam orta məktəbinin müəllimi.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад