Главная > Siyasət > Ermənistan öz revanşist niyyətlərindən əl çəkmir
Ermənistan öz revanşist niyyətlərindən əl çəkmir17-09-2022, 20:33. Разместил: admin44 |
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ermənistan dövlət sərhədinin Daşkəsən,Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Bu barədə müdafiə nazirliyindən məlumat verilib.Bildirilib ki,Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinin mövqeyləri arasindakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısını dərhal alınması məqsədi ilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.Müzəffər ordumuz düşmənin bu təxribatına qarşı dərhal qətiyyətli cavab tədbirləri görməyə başlamışdır.Qısa müddətdə düşmən diversant qrupları milli ordumuz tərəfindən məhv edilmişdir.Nəticədə ordumuz öz mövqeylərinnən irəliləyərək,əlverişli mövqeyləri ələ keçirmişdir və bu elə mövqeylərdir ki,düşmən üçün gələcəkdə təxribat törətməyə heç bir şans vermir.Ordumuz tərəfindən düşmənin mövqeylərimizlə yaxınlıqda olan bütün hərbi infrastrukturu tamamilə darmadağın edilmişdir. Düşmənə elə bir zərbə vurulmuşdur ki, onların bu infrastrukturu yenidən qurmağa ən azından bir neçə il lazım gələcəkdir.Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki,rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.Uzun illərdir ki,Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı genişmiqyaslı əks təbliğat aparır. Onların bu əkstəbliğatı Azərbaycana qarşı düşmənçiliklə bağlı olduğunu hamımız bilirik.Amma 13 sentyabr tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorika qəbuledilməzdir.Bu düşmənin dəyirmanına su tökmək kimi bir şeydir.Vətənini sevən,dövlətinə sadiq qalan heçkəs bucür ritorika ilə çıxış etməməlidir.Bugünki məlumata görə şəhidlərimizin sayı 77-yə çatmışdır. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını torpağımızın müdafiəsi ,düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin.Şəhid olan igid oğulların ruhları qarşısında baş əyir,onların doğmalarına Allahdan səbir diləyirik.Onlarla qürur duyuruq.Vətən sağolsun! Şıxəliyeva Aidə Azər qızı, Masallı rayon Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |