Главная > Siyasət > Cənab Prezident İlham Əliyev xarici siyasət kursunu uğurla davam etdirir

Cənab Prezident İlham Əliyev xarici siyasət kursunu uğurla davam etdirir


20-09-2022, 16:04. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidentu cənab İlham Əliyev 16 sentyabr tarixində Səmərqəddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Samitind iştirak etmişdir.  
           
Prezident İlham Əliyev şıxış edərək Samit iştirakçılarını salamlamış, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət olunduğuna görə Özbəkistan Prezidenti Şavkat  Miromonoviç Mirziyoyevə təşəkkürünü bildirmiş və Özbəkistanda son illər sürətlli inkişafını və uğurlu islahatların həyata keçirildiyini bildirmişdir.
           
Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-loqistika imkanları barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsimə sanballı töhvələr verə bilər. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu,ildə 25 milyon tona qədər artıtıla bilər.Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit yük 50%-ə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük  donanmasına   malik olduğunu bildirmiş və Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə biləcəyini demişdir.
             
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu,1400 kilometr dəmir yolu tikilib və ya əsəslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il ikinci Qarabağ  müharibəsindəki  qələbədən sonra işğaldan azad  edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu  və yüzlərlə kilometr dəmir yolu çəkilmişdir.
           
Azərbaycanın 18 təyyarə ilə regionumuzda  ən böyük mülki hava yük donanmalırından biri olduğunu qeyd eyd edən cənab prezident  2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bu gün 7-dən 9-a çatdırılmasını bildirmişdir.
             
2020-ci ilin sonunda  Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-komunikasiya layihəsinin inkişafı üçün yeni imkanlar yarnmasını qeyd edən cənab İlham Əliyev Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarının dahada artıracaq və marşurut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağını Samit iştirakçılarının nəzərinə çatdırmışdır.
             
Prezident İlham Əliyev Azərbaycan Ermənistana ölkələrin bir-birinin  suverenliyinin  və ərazi bütövlüyünin  qarşılıqlı  tanınmasına əsaslanan sülh müqaviləsi üşün beş əsas prinsip təqdim edilsə də, bu il sentysbrın 13-də Ermənistan Azərbacanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını almışdır.Ermənistan bu təxribatı ilə ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə vurdu. Buna görə bütün məsuliyyət  Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etmişdir.
             
Azərbaycan Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrinə uyğun  Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll etmişdir. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən,BMT-dən sonra ən böyük beynəlxalq  təsisat olan Qoşulmama Hərakatına sədrlik edir. Bu,ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.



Arif   Mehtiyev,
Bədəlan kənd tam orta məktəbi.     




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад