Главная > Siyasət > Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı etmişdir
Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı etmişdir21-09-2022, 15:08. Разместил: admin44 |
Öz qədim tarixi ilə məşhur olan Səmərqənd şəhərində sentyabrın 16- da Çin,Hindistan,Rusiya ,Pakistan ,Qazaxıstan,Özbəkistan və digər bir sıra dövlət rəhbərlərinin iştirakı ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv öllələrin Sammiti keçirilib. Sammitdə iştirak edən Prezident İlham Əliyev həm zirvə görüşündə çıxış edib,həm də orada iştirak edən dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Dövlət başçımız çıxışı zamanı Azərbaycanın reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırararq bir çox mühüm məsələlər barədə ölkəmizin mövqeyini açıq şəkildə bəyan etmişdir. Cənab Prezident çıxışında Azərbaycanın tranzit və nəqliyyat-loqistika imkanlarının davamlı olaraq inkişafı,Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafından danışdır. Dövlət başçımız Azərbaycanda hər cür gəmilərin istehsal edildiyi gəmiqayırma sənayesinin inkişafını vurğulayaraq bütün bunların tarixi ənənəyə və təcrübyə əsaslandığını qeyd etdi.Prezident son illərdə Azərbaycanda min kilometrlərlə avtomobil və dəmir yollarının inşa və təmir edilməsi ,işğaldan azad olunmuş Qarabağımızda həyata keçirilən meqalayihələr ,yol,nəqliyyat infrasturkturunun inşası və yenidənqurulması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Bütün bunları ŞƏT üzv ölkələrin iqtisadiyyatı üçün böyük dəstək və beynəlxalq əməkdaşlıq üçün yeni prespektivlər olduğunu vurğuladı. Cənab prezident bütün beynəlxalq çıxışlarında olduğu kimi bu çıxışında da Qarabağ münaqişəsinin həllinə toxunaraq Zəngəzur dəhlizinin inşa olunmasının tarixi ,siyasi və iqtisadı əhəmiyyətindən danışdı.Bu dəhlizin açılması ilə əməkdaş ölkələrin nəqliyyat imkanlarının daha da artıracağını və bu marşurt üzrə yerləşmiş bütün ölkələrə yeni üfüqlerin açılacağını Sammit iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin dövlət başçımız Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi taxribatlar barədə danışdı,bunun iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbə olduğunu və bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü dünya ictimaiyyətinə çatdırdı.O qeyd etdi ki ,hər iki ölkənin bir-birinin suverenliyinin,ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi olmalıdır. Bu gün Azərbaycan bütün beynəlxalq platformada etibarlı tərəfdaş kimi tanınır.Dünya ölkələrinin ölkəmizə ,eləcə də dövlətimizin başçısına olan etibarı,etimadı və nüfuzu ildən -ilə daha da artır.Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki,Azərbaycana beynəlxalq məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıb.Son otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və bu gün də davam edir.Məhz bu səbəbdən də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin əlaqələri getdikcə güclənir və Cənab Prezident İlaham Əliyevin uğurlu siyasəti nəticəsində daha da güclənəcək! Həşimova Aygül, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |