Главная > Siyasət / Manşet > Masallı RİH başçısının Böyük Kolatan ərazisində səyyar-görüş qəbulu

Masallı RİH başçısının Böyük Kolatan ərazisində səyyar-görüş qəbulu


22-09-2022, 15:04. Разместил: admin44

22 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Böyük Kolatan kəndi ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir.

Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 3 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verdi.

Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Quliyev Turac Məmməd oğlu, Cəbiyev Rauf Oğlan oğlu, Rzayev Siyab Maşi oğlu, Qulamov Elmar Rəfail oğlu, Məmmədov Fikrət Qurbanəli oğlu, Əmiraslanov Qədiməli İsa oğlu, Muradov Məmmədəli Vəliş oğlu, İsayev Əlimərdan Məhərrəməli oğlu, Sadıqov Etibar Dövlət oğlu, Əliyev Ağaverdi Ağayer oğlu, İbrahimov Səyədulla Əlinağı oğlu, Bayramov Əli Mirəli oğlu, Tahirov Ağaşir Tərlan oğlu, Şiriyev Nizami Murtuz oğlu və başqaları ərazinin SİB kabelləşməsi və kənddə yaranan xeyriyyəçilik işlərinin yaxşı ənənsindən, şəhid ailəsinin ev növbəsinə alınması,  Bala Kolatan kəndində orta məktəbin yenidən tikilməsi və həmin kənddə təzə məhəlləyə yeni transformator qoyulması, işlə təmin olunması, payıbəlli torpaq sahəsinə yol verilməsi, xəstəyə çatacaq dərmanların vaxtlı-vaxtında göndərilməsi, stadion tikilməsi və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıqlar bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.








“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад