Главная > Siyasət / Manşet > Masallının üç kəndində şəhidlərin adına tikilən bulaqların açılışı olub

Masallının üç kəndində şəhidlərin adına tikilən bulaqların açılışı olub


27-09-2022, 20:42. Разместил: admin44

27 Sentyabr 2022-ci il tarixdə Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı rayonun üç kəndində - Türkoba, Miyankü və Hişkədərə kəndlərində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin adına tikilən xatirə bulaqlarının açılışı olub.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də kənd sakinləri, şəhidlərin yaxınları, müxtəlif mətbuat orqanların əməkdaşları iştirak ediblər.

Əvvəlcə xatirə bulaqlarının açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, bu qələbədə Türkoba, Miyankü və Hişkədərə şəhidlərinin şücaətindən bəhs edib, onların qanının yerdə qalmadığı söylənilib. Rayon rəhbəri torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, ölkəmizə qarşı daim təxribatlar törədən Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-hücum əməliyyatına məhz həmin gün, 2020-ci il sentyabrın 27-də başlanıldığını diqqətə çatdırıb.







“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад