Главная > Siyasət / Manşet > Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası

Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası


27-09-2022, 20:45. Разместил: admin44

27 Sentyabr 2022-ci il tarixdə Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sənaye Məhəlləsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri A.Əhmədov qeyd edib ki, şəhidlərimizin əziz xatirə günlərində istədik ki, onların şərəfinə ağaclar əkək.
Masallı rayon Sənaye Məhəlləsində keçirilən ağacəkmə aksiyasının sonunda icra başçısı şəhidlərin xatirəsinə əkilən həmin ağacların vaxtlı-vaxtında mühafizə olunmasını, suvarılmalmasını və qorunmasını aidiyyatı şəxsləri tapşırıb.








“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад