Главная > Siyasət > “Azərsu” ASC-nin sədr müavini Masallıda vətəndaşlarla görüşüb

“Azərsu” ASC-nin sədr müavini Masallıda vətəndaşlarla görüşüb


30-09-2022, 23:30. Разместил: admin44

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Masallı və Yardımlı rayonlarından 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад