Главная > Siyasət > Masallıda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edildi

Masallıda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edildi


1-10-2022, 19:54. Разместил: admin44

01 oktyabr 2022-ci il tarixdə Masallıda 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il 1 oktyabr - milli Prokurorluq orqanlarının yarandığı gün kimi qeyd olunur. Bu münasibətlə Masallı rayonunda tədbir keçirilib.

Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri Masallı şəhər Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini, sonra “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ni ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzdülər.

Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, dahi rəhbərin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müxtəlif vaxtlarda Masallıya tarixi səfərlərindən bəhs edən şəkillərlə baxmış,  video-çarx nümayiş etdirlmişdir.

Tədbirdə Araz Əhmədov müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, demokratik hüquqi dövlət quruculuğu istiqamətindəki həyata keçirdiyi uğurlu siyasətdən danışmış, Prokurorluq işçilərinin peşə bayramını təbrik etmişdir.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад