Главная > Siyasət > Azərbaycan-Bolqarıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Bolqarıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb


5-10-2022, 08:59. Разместил: admin44

İndiki dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil və düşünülmüş xarici siyasət həyata keçirir . Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. HazırdaAzərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri ölkəmizi beynəlxalq arenada nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan Cənubi Qafqazda enerji təhlükəsizliyinin təmin etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində  mühüm rol oynayır. Təbbi ki, ölkəmizin əldə etdiyi bütün uğurlar cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.
             
Məhz bu uğurlu siyasətin nəticəsi özünü Bolqarıstan Respublikasının Prezidenti cənab prezidentimiz İlham Əliyevin Bolqarıstana rəsmi və işgüzar səfərə dəvət etməsində göstərir. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən tarixi əhəmiyyətli görüşlər bird aha təstiq edir ki, Avropada böyük nüfuza sahib olan ölkələr dövlətimizlə əməkdaşlıqda  və münasibətlərin daha da möhkəmlənməsində maraqldırlar.
               
Dünyada və bölgədə yaşayan çoxsaylı mənfi nəticələrdən aslı olmayaraq ölkəmiz ictimai siyasi sabitlik şəraitində öz dinamik sosial –iqtisadi inkişafını davam etdirir. Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanı Avropa regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edir. Ölkə başçısı Cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar laiyhələrin mərkəzinə çevrilib.
           
Hamımıza məlumdur ki, Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkədir. Bu iki dövlət bir-birləri ilə sıx əməkdaşlıq edirlər. Cənab prezidentimiz İlham Əliyevin Bolqarıstana rəsmi və işgüzar səfəri tarixi əhəmiyyətə malikdir. Cənab Preziden İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə ölkəmizin inkişafı və tərəqqisi naminə mühüm addımlar atır.
           
Ümumiyyətlə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xaraktrizə olunub və daim milli maraqlara söykənib.




Babayev Rafis Yusif oğlu,
Hüseynhacılı kənd tam orta məktəbin Tarix müəllimi.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад