Главная > Siyasət / Manşet > Qarabağ şəhidi Belim Yevgeniy Nikolayeviçin qəbirüstü abidəsinin açılışı
Qarabağ şəhidi Belim Yevgeniy Nikolayeviçin qəbirüstü abidəsinin açılışı15-11-2017, 20:53. Разместил: yeni321 |
Qarabağ şəhidi Belim Yevgeniy Nikolayeviçin qəbirüstü abidəsinin açılışı 15 noyabr 2017-ci il tarixdə Masallı rayonun Kalinovka kəndində 1993-cü il Qarabağ şəhidi Yevgeniy Nikolayeviç Belimin qəbirüstü abidəsinin açılışı olmuşdur. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, idarə-müəssisə rəhbərləri, kənd sakinləri, KİV nümayəndələri və başqaları iştirak etmişlər. Belim Yevgeniy Nikolayeviç 1970-ci ildə Masallı rayonunun Kalinovka kəndində anadan olub. Könüllü olaraq vətənin müdafiəsinə qalxmışdır. 23 mart 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Tədbiri RİHB-nin Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov açmış, şəhid Belim Nikoloyeviçin igidliyinə, kənddə ruslarla azərbaycanlıların birgəyaşayış qanunlarına diqqət çəkmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Fəxrəddin Mirzəliyev Belim Nikoloyeviçin ömürlüyündən danışmış, iştirakçıları onun döyüş yolu ilə tanış etmişdir. Kalinovka kənd ağsaqqalı, veteran müəllim Əlisa Qədiyev, məktəbin ədəbiyyat müəllimi Oktay Həsənov şəhidin ədəb-ərkanlı, nümunəvi, cəsarətli gənc olduğunu göstərmişdir. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycanda tolerantlıq mühitinin olması, dilindən, dinindən asılı olmayaraq insanların bir-birilə mehriban yaşamasını göstərmiş və demişdir ki, Kalinovka kəndində uzun illər ruslarla azərbaycanlılar mehriban yaşamışlar. Qarabağ müharibəsi başlayanda azərbaycanlı gənclər kimi ruslar da doğma torpaqlarının müdafiəsinə qalxmışlar. Belə gənclərdən biri də Belim Nikoloyeviç olmuşdur. Ötən ilin Aprel döyüşlərində həlak olmuş Nurlan Əsgərlinin dəfni zamanı Belim Nikoloyeviçin də qəbrini ziyarət etdim və şəhidin qəbirüstü abidəsinin yaradılması təşəbbüsünü qaldırdım. Bu gün şəhidin abidəsinin açılışına yığışmışıq. Məzarının üstü həmişə gül-çiçəkli olur. Ruhu şad olsun! Allah rəhmət eləsin! Вернуться назад |