Главная > Siyasət / Manşet > Şəhid Musa Mustafayevin anım mərasimi

Şəhid Musa Mustafayevin anım mərasimi


7-10-2022, 23:30. Разместил: admin44

07 oktyabr 2022-ci il tarixdə Masallı rayon Xoşçobanlı kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Musa Əlövsət oğlu Mustafayevin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, YAP Masallı  Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri və kənd sakinləri  iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları ərazidə yeni inşa edilmiş şəhidlər abidə kompleksinin açılışını edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra abidə önünə gül dəstələri düzməklə şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra rayon rəhbərliyi və qonaqlar şəhid Musa Mustafayevin ailəsini ziyarət etdilər, ailənin qayğıları ilə maraqlanıb hər zaman onların yanında olduqlarını qeyd etdilər.

Şəhid Musa Mustafayevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад