Главная > Siyasət / Manşet > Masallı RİH başçısının Güllütəpə ərazisində səyyar-görüş qəbulu

Masallı RİH başçısının Güllütəpə ərazisində səyyar-görüş qəbulu


8-10-2022, 18:20. Разместил: admin44

08 oktyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Güllütəpə ərazisində vətəndaşların növbəti səyyar görüş —  qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 18 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.

Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Abasquliyev Eynulla Fərzulla oğlu, Bəşirov Əsgər Höccət oğlu, Mədətov Hafis Mirzağa oğlu və ərazinin digər sakinləri Yolağac — Tatyanoba mərkəzi yolunun asfaltlanması, Yeni Zuvand kəndinin qazlaşdırılması, Güllütəpə və Əmirtürbə kəndlərinə içməli su xəttinin çəkilməsi və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ağsaqqal və ziyalılar Güllütəpə kəndinin mərkəzində qazılan içməli su-artezian quyusuna baxış keçirmişlər.

Kənd sakinləri xeyirxah işə görə ölkə rəhbərinə və icra başçısına minnətdarlıq etmişlər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад