Главная > Siyasət / Manşet > Şəhid İbrahim Lələyevin anım mərasimi

Şəhid İbrahim Lələyevin anım mərasimi


11-10-2022, 15:29. Разместил: admin44

11 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi İbrahim Həzrətqulu oğlu Lələyevin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və  jurnalistlər iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbrahim Həzrətqulu oğlu Lələyevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsi şəhidi İbrahim Lələyevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад