Главная > Siyasət > 20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir
20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir19-01-2018, 20:13. Разместил: yeni321 |
![]() 20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. ![]() ![]() Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Вернуться назад |