Главная > Siyasət / Manşet > Şəhid Ülvi Nüsrətbəylinin anım mərasimi

Şəhid Ülvi Nüsrətbəylinin anım mərasimi


13-10-2022, 18:16. Разместил: admin44

13 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Güllütəpə kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi Ülvi Arif oğlu Nüsrətbəylinin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və  jurnalistlər iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ülvi Arif oğlu Nüsrətbəylinin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsi şəhidi Ülvi Nüsrətbəylinin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад