Главная > Siyasət / Manşet > Milli Qəhrəman Səfərəli Məmmədovun anım günü qeyd edilib

Milli Qəhrəman Səfərəli Məmmədovun anım günü qeyd edilib


14-10-2022, 23:30. Разместил: admin44


Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Səfərəli Məmmədovun doğum günü ev müzeyində olub.

Azərbaycanın 11 nəfər ilk Milli Qəhramanlarından biri də Məmmədov Səfərəli Qurban oğludur.
Qəhrəmanın doğum günü  ilk olaraq böyüyüb boya- başa çatdığı Masallı rayonunun Sərçuvar kəndində, ev müzeyində qeyd edilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, din xadimləri, şəhid ailələri, qohumları kənd sakinləri və  jurnalistlər iştirak ediblər.

Ev muzeyində təşkil olunan tədbirdə, əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.

Daha sonra qəhrəmanın keçdiyi ömür yolundan söhbətlər açılıb. Araz Əhmədov deyib:

-Hamılıqla  Milli Qəhrəmanın anası Şahdəstə Məmmədovanın ziyarətinə gəlmişik. Bir daha deyim ki, Siz xoşbəxt anasınız. Ona görə ki, Siz bu dünyaya  Qəhrəman ana kimi gəlmisiniz. 50 il də, 100 il də, 300 il də keçəcək, amma oğlunuz yaşayacaq. Şəhidlərin hamısı… Gəlib Sizi ziyarət etmək bizə fəxrdir, həmişə maraqlanırıq, biz Sizə təşəkkür edirik. Allah Milli Qəhrəmanımıza, bütün şəhidlərimizə rəhmət eləsin.

Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova qonaqlara oğlunun Qarabağ savaşındakı şücaətindən danışıb:

-Allah Azərbaycanı qorusun, Allah İlham Əliyevi, ailəsini, övladlarını qorusun. Allah Azərbaycan bayrağını ucadan uca eləsin. Allah sizlərdən də razı olsun ki, mənim oğlumu belə dəyərləndirirsiniz...

Anım günü qəhrəmanın muzeyi ilə bir daha tanışlıq olub, şəhidin istifadə etdiyi əşyalara baxılıb. Ryon rəhbəri bildirib ki, şəhidlərin ruhunu həmişə əziz tutacağıq. Şəhidlər ölmürlər. Onlar ürəklərdə, qəlblərdə yaşayırlar.

Qeyd edək ki, şəhid Səfərəli Məmmədov 1990 – cı illərdə, Ağdam rayon daxili işlər şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992 – ci ilin fevral ayının 16 – da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman  S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfərəli Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.










"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад