Главная > Siyasət > MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI20-01-2018, 13:32. Разместил: yeni321 |
![]() MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş 20 yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 20 yanvar 2018-ci il tarixdə Masallı şəhəri “Qəhrəmanlar parkı”nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi olmuşdur. Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini yad etmişlər. ![]() Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq ruhuna dualar oxumuşlar. ![]() Masallı Xalq Teatrının üzvləri və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorlarının ifasında “Haray” adlı əbəbi-bədii kompozisiya nümayiş olunmuşdur. ![]() Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir. ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |