Главная > Siyasət / Manşet > Şəhid Elvin Əzizovun anım mərasimi

Şəhid Elvin Əzizovun anım mərasimi


15-10-2022, 12:29. Разместил: admin44

15 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində Azərbaycan Silahlı Qüvvələrinin giziri, 44 günlük Vətən müharibəsinin şəhidi Elvin Əfrail oğlu Əzizovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Elvin Əfrail oğlu Əzizovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsi şəhidi Elvin Əzizovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад