Главная > Siyasət / Manşet > Şəhid Vüsal Hadıyevin doğum günü qeyd olunub

Şəhid Vüsal Hadıyevin doğum günü qeyd olunub


18-10-2022, 17:26. Разместил: admin44

18 oktyabr 2022-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Vüsal Balarəzi oğlu Hadıyevin doğum günü və xatirəsinə inşa olunmuş abidəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, Milli Məclisin deputatlarının köməkçiləri, şəhid ailələri, qazilər, şəhər sakinləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İlk öncə rayon rəhbəri Araz Əhmədov çıxış edərək şəhidin qısa, lakin şərəfli həyat yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan Vətən müharibəsindən, şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, şəhidin ilk müəllimi İlhamə Abdullayeva və başqaları bir daha 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.

Şəhid Vüsal Hadıyevin ailəsi, şəxsən atası Balarəzi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.

Ad günündə şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, məzarı üstünə və xatirəsinə inşa olunmuş abidəsinin önünə çiçəklər düzülüb.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад