Главная > Siyasət / Manşet > Şəhid Sahib Şirəliyevin doğum günü qeyd olunub

Şəhid Sahib Şirəliyevin doğum günü qeyd olunub


18-10-2022, 17:33. Разместил: admin44

18 oktyabr 2022-ci il tarixdə Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli Sahib Yusif oğlu Şirəliyevin doğum günü qeyd olunub.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, Milli Məclisin deputatlarının köməkçiləri, şəhid ailələri, qazilər, şəhər sakinləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon rəhbəri Araz Əhmədov  çıxış edərək şəhid zabitin qısa, lakin şərəfli həyat yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27- də başlanan və 44 gündə başa çatan Vətən müharibəsindən, şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə daha sonra çıxış edən tanınmış yazıçı — publisist Nurəddin Muğanlı, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov və başqaları bir daha 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.

Şəhid Sahib Şirəliyevin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.

Sonda məktəblilər ölkəmizə, Ali Baş Komandana, Qarabağ şəhidlərinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Ad günündə şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, məzarı üstünə çiçəklər düzülüb.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад