Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri şəhid anasını evində ziyarət etdi

Masallıda rayon rəhbəri şəhid anasını evində ziyarət etdi


19-10-2022, 17:13. Разместил: admin44


19 oktyabr 2022-ci il tarixdə  Birinci Qarabağ müharibəsinin şəhid əsgəri Həsənov Nicat Xıdır oğlunun anası Həsənova Firuzə Firudin qızı Göyəçöl kəndində, yaşadığı evdə ziyarət edilib.

Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovvə aparatı, hüquq-mühafizə orqanları, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, kənd sakinləri, jurnalistlər iştirak ediblər.

Rayon rəhbəri şəhid anası Həsənova Firuzə Firudin qızını ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.

Sonra Araz Əhmədov şəhid anasının qayğıları ilə maraqlanıb.

İcra başçısı lazımi məişət ehtiyacı olan məsələləri elə həmin gün yerinə yetirməyi tapşırıb.
Eyni zamanda rayon rəhbəri şəhid anasının Mərkəzi Xəstəxanaya aparılması, müayinə və müalicə olunmasından ötrü Masallı rayon Mərkəzi Xəstəxanasının Baş həkiminə tapşırıqlarını vermişdir.

Birinci Qarabağ şəhidi Həsənov Nicat Xıdır oğlunun anası hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını qeyd etmişdir.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          

шаблоны для dle 11.2
Вернуться назад