Главная > Siyasət / Manşet > Şəhid​ Famil Əlizadənin anım mərasimi

Şəhid​ Famil Əlizadənin anım mərasimi


22-10-2022, 17:55. Разместил: admin44

22 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,  44 günlük Vətən müharibəsinin şəhidi Əlizadə Famil Habil oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, qazilər, din xadimləri, şəhid ailələri, qəsəbə sakinləri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Əlizadə Famil Habil oğlunun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsi şəhidi Əlizadə Famil Habil oğlunun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          

шаблоны для dle 11.2
Вернуться назад