Главная > Siyasət / Manşet > Şəhid​ İbrahim Rükabzadənin anım mərasimi

Şəhid​ İbrahim Rükabzadənin anım mərasimi


22-10-2022, 18:06. Разместил: admin44


22 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Boradigah qəsəbəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi İbrahim Rasif oğlu Rükabzadənin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, ağsaqqallar, qazilər, din xadimləri, şəhid ailələri, qəsəbə sakinləri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri İbrahim Rasif oğlu Rükabzadənin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Vətən müharibəsi şəhidi İbrahim Rasif oğlu Rükabzadənin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад