Главная > Siyasət > Gürcüstanın Mçxeti rayonundakı Muxrani sarayında mədəni proqram təqdim edilib

Gürcüstanın Mçxeti rayonundakı Muxrani sarayında mədəni proqram təqdim edilib


24-10-2022, 17:24. Разместил: admin44

Oktyabrın 24-də Gürcüstanın Mçxeta rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.

Mədəni proqramda gürcü xalqının milli adət və ənənələri nümayiş etdirildi. Tədbirdə Gürcüstanın milli musiqisi və rəqsləri, gürcü mətbəxinin nümunələri, o cümlədən şirniyyatları təqdim olundu.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili milli gürcü rəqslərinə baxdılar.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад