Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ailəsini ziyarət etdi

Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ailəsini ziyarət etdi


27-10-2022, 20:00. Разместил: admin44

27 oktyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı iki şəhid qardaşın - Aprel şəhidi Nurlan Əsgərlinin və Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı fəxri adını almış İntiqam Əsgərlinin ailəsini Viləş kəndində, yaşadığı evdə ziyarət etmişdir.

İcra başçısı şəhid ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açmışdır.

Sonra Araz Əhmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

İki şəhid anası Ziba Əsgərova icra başçısı ilə geniş söhbətində onların ailəsinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını qeyd etmişdir.

İki şəhid anası Ziba xanım şəhid oğlu Nurlan Əsgərlinin adına olan küçəyə asfalt örtüyünün döşəndiyini bildirərək bu xeyirxan işdə əməyi olanlara hədsiz təşəkkürünü bildirmişdir.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад