Главная > Siyasət > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


28-10-2022, 17:30. Разместил: admin44
                                                                                                                                              Hörmətli cənab Prezident.

Ölkəmizin dörd bir yanında olduğu kimi, Masallı rayonunda da infrastruktur layihələrinin icrası, quruculuq və abadlıq işləri sürətlə davam etdirilməkdədir.

Ötən ilin payız-qış aylarında yağan intensiv yağışlar zamanı sel və daşqın səbəbindən Masallı rayonunun əksər kəndləri subasmadan əziyyət çəkmişdi. Yaşayış evlərinə, yardımçı tikililərə və təsərrüfatlara ciddi ziyan dəymişdi. Bu il subasma hallarının qarşısını almaq məqsədi ilə kəndlərin, qəsəbələrin ərazisindən keçən çayların, su ötürücü kanalların qazılması, torpaq və lildən təmizlənməsi işləri durmadan aparılmaqdadır. Yaşadığım Böyük Kolatan kəndində də çay lildən təmizləndi, məcrası genişləndirildi. İnanırıq ki, Masallı rayonunda ötən illərdə baş verən subasma halları bundan sonra təkrarlanmayacaqdır.

Cənab Prezident, görülən misilsiz işlərə, qabaqlayıcı tədbirlərə görə Masallı rayonunun və yaşadığım Böyük Kolatan kəndinin əhalisi adından Sizə dərin minnətdarlığımı bildirirəm.


Hörmətlə:
Rauf Cəbiyev
Masallı şəhəri.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад