Главная > Siyasət / Manşet > Masallıda “Sağlam bədəndə sağlam ruh” devizi altında idman yarışı

Masallıda “Sağlam bədəndə sağlam ruh” devizi altında idman yarışı


1-11-2022, 20:55. Разместил: admin44

01 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Sağlam bədəndə sağlam ruh" devizi ilə idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının Masallı rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmişdir.

Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin daxili işlər nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, daxili işlər orqanlarında və daxili qoşunlarda xidmətə həvəsləndirilməsidir.

Yarışa həsr edilmiş tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş nitqində rayonda idmanın kütləviliyinin artırılmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğində belə tədbirlərin əhəmiyyətindən və ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdikləri hərtərəfli dövlət qayğısından danışaraq idmançılara uğurlar arzulamışdır.

Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Xudayar Kərimov çıxış etmişdir.

Daha sonra idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar olmuşdur.

Yarışda müvafiq fiziki hazırlığa malik 20-25 yaş arası gənclər iştirak etmiş, onlar müəyyən olunmuş marşurut üzrə kross qaçışı və turnik hərəkətləri üzrə güclərini sınamışlar.

Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад