Главная > Siyasət / Manşet > Masallıda «Zəfərin mübarək, Vətən» adlı tədbir

Masallıda «Zəfərin mübarək, Vətən» adlı tədbir


3-11-2022, 21:14. Разместил: admin44

03 noyabr 2022-ci ilı tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətin təşəbbüsü və SHXÇDX-nin Masallı rayon şöbəsinin təşkilatçılığı ilə «Zəfərin mübarək, Vətən» adlı tədbir keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, ağsaqqallar, qazilər, şəhid ailələri, ictimaiyyət nmayəndələri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Masallı Qəhrəmanlar Parkında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, məhz onların döyüş əzmi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, şəhid Ə.Vəliyev adına Qarğalıq kənd tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Qurbanov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Masallı Rayon Şöbəsinin sədr müavini, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, AJB üzvü, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda istedadlı rejissor Camaləddin Əliyev və Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında ədəbi-bədii kompozisiyası nümayiş olunub.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад