Главная > Siyasət / Manşet > Masallıda “Qırmızı ürəklər” iməcilik keçirib

Masallıda “Qırmızı ürəklər” iməcilik keçirib


4-11-2022, 23:30. Разместил: admin44

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən “Qırmızı ürəklər” (“Red Hearts”) fondu “PAŞA Holding”in dəstəyi ilə Zəfər Günü ərəfəsində Masallının şəhid ailələri ilə birlikdə 4 noyabr 2022-ci il tarixdə, 8 Noyabr- Zəfər Gününə həsr olunmuş ağacəkmə asksiyasını həyata keçirib.

 Ağacəkmə aksiyası Masallı şəhərində inşa edilən park-bulvar kompleksinin ətrafında həyata keçirilib.
Aksiya  çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, şəhid ailələri, ictimaiyyət nümayəndələri, «Kapitalbank»ın Masallı şöbəsinin əməkdaşları, jurnalistlər iştirak ediblər.

Tədbirdə Araz Əhmədov xeyirxah iş üçün şəhid ailələrinə, “Qırmızı ürəklər”ə təşəkkür edib. Rayon rəhbəri qeyd edib ki, Masallıda da 8 Noyabr - Zəfər Gününü böyük sevinclə qeyd edir və 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etmək məqsədilə müxtəlif tədbirlər təşkil edir.

Aksiya çərçivəsində küknar və şam ağacları əkilib, ərazidəki yaşıllıqlara qulluq göstərilib, ağacların dibi yumşaldılıb.

Şəhid ailələri ilə birlikdə ağacəkmə aksiyasında Masallı Yaşıllaşdırma və Kommunal Xidmət İdarəsinin kollektivləri xüsusi fəallıq göstəriblər. İdarəsinin sahə rəisləri bildiriblər ki, aksiya mütəşəkkil şəraitdə davam etmişdir. Sonda xatirə şəkilləri çəkdirilmişdir.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад