Главная > Siyasət / Manşet > Masallı rayon İcra Hakimiyyəti Başçısının yeni təyinatları

Masallı rayon İcra Hakimiyyəti Başçısının yeni təyinatları


5-11-2022, 16:20. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Masallı rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vakant olan yerlərlə bağlı müvafiq Sərəncamlar imzalamışdır.

 Belə ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamı ilə;

- Əlinağıyev Ramiz Məmmədəli oğlu Yeyənkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək vakant olan Yeyənkənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub. Rayon rəhbərinin digər Sərəncamı ilə Yavərov Yaşar Sənan oğlu Yeyənkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

- Tağıyev Xəzər İsmayıl oğlu Sərçuvar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək vakant olan Göyəçol Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi təyin olunub.

- Təhməzov Səməndər Orucəli oğlu Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Sərçuvar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.

- Əkbərov Şahmar Qismət oğlu Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək Çaxırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub. Rayon rəhbərinin digər Sərəncamı ilə Fətullayev Canəli İsrail oğlu vakant olan Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunub.

- Abbaszadə Məmməd Dadaş oğlu Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək, vakant olan Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub. Rayon rəhbərinin digər Sərəncamı ilə İbrahimov Rasim Ramiz oğlu Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunub.

- Kərimov Şəmşir Həsrət oğlu vakant olan Qarğalıq Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunmuşdur.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад