Главная > Siyasət / Manşet > Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun anım mərasimi

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun anım mərasimi


5-11-2022, 23:30. Разместил: admin44

05 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Şərəfə kəndində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, polkovnik-leytenant Ramiz Cəfərovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




"Yeni heyet" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад