Главная > Siyasət > Prezident İlham Əliyev: Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib
Prezident İlham Əliyev: Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib30-01-2018, 13:27. Разместил: yeni321 |
Prezident İlham Əliyev: Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Bu fikirləri Prezident İlham Əliyev 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir. AZƏRTAC Вернуться назад |