Главная > Siyasət / Manşet > Şəhid Əlisa Əliyevin anım mərasimi

Şəhid Əlisa Əliyevin anım mərasimi


7-11-2022, 16:22. Разместил: admin44

07 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində 44 günlük Vətən müharibəsinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhid əsgəri Əlisa Arif oğlu Əliyevin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin  şəhid əsgəri Əlisa Əliyevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhid əsgəri Əliyev Əlisa Arif oğlunun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




"Yeni həyat" qəzeti,
  www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад