Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri və deputatlar Viləş kəndində şəhid qardaşlarının ailəsi ziyarət etdi

Masallıda rayon rəhbəri və deputatlar Viləş kəndində şəhid qardaşlarının ailəsi ziyarət etdi


7-11-2022, 16:28. Разместил: admin44

07 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri,SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri iki şəhid qardaşın - Aprel şəhidi Nurlan Əsgərlinin və Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı fəxri adını almış İntiqam Əsgərlinin ailəsini Viləş kəndində, yaşadığı evdə ziyarət etmişlər.

İcra başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı şəhid ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açmışlar.

Sonra Araz Əhmədov, Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı  şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.

Şəhid qardaşların ailəsi Masallı rayon rəhbəri Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı ilə geniş söhbətdə onların ailəsinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qonaqlara dərin minnətdarlıqlarını bildirmişlər.




"Yeni həyat" qəzeti,
 www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад