Главная > Siyasət / Manşet > Masallıda gənclərin Nə? Harada? Nə zaman? bilik yarışı

Masallıda gənclərin Nə? Harada? Nə zaman? bilik yarışı


7-11-2022, 16:32. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “Zəfər Günü”nə həsr olunmuş bilik yarışı keçirilib

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və şəhidlərimizə dərin hörmət və sonsuz ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən danışaraq bu qələbənin tariximizin ən parlaq səhifəsi olduğunu vurğulayıb. Çıxışının sonunda A.Tağıyeva komandalara uğurlar arzulayıb.

Nə? Harada? Nə zaman? formatında keçirilən yarışda ümumillikdə 5 komanda “Zəfər”, “Zirvə”, “Müzəffər”, “Qələbə”, “Dəmir yumruq” komandaları mübarizə aparıb.

Maraqlı və interaktiv keçən yarışda “Müzəffər” komandası yüksək nəticə göstərərək yarışın qalibi olub.



"Yeni həyat" qəzeti,
 www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад