Главная > Siyasət > Prezident İlham Əliyev: Böyük valyuta ehtiyatlarımız bizə iqtisadi müstəqillik verir

Prezident İlham Əliyev: Böyük valyuta ehtiyatlarımız bizə iqtisadi müstəqillik verir


30-01-2018, 13:29. Разместил: yeni321
 
Prezident İlham Əliyev: Böyük valyuta ehtiyatlarımız bizə iqtisadi müstəqillik verir

2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi. Buna baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait ayırdıq. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub.
Bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində deyib.
Hazırda Azərbaycanın valyuta ehtiyatlarının 42 milyard dollara çatdığını və on dörd il ərzində 23 dəfə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu, böyük investisiya və infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymağa imkan yaradıb. “Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir. Ona görə bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”, - deyə Prezident İlham Əliyev bildirib. AZƏRTACшаблоны для dle 11.2
Вернуться назад