Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri və deputatlar Mahmudavar kəndində şəhid ailəsini ziyarət etdi

Masallıda rayon rəhbəri və deputatlar Mahmudavar kəndində şəhid ailəsini ziyarət etdi


8-11-2022, 20:21. Разместил: admin44

Masallıda rayon rəhbəri, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov Mahmudavar kəndində şəhid çavuş Nayib Qasımovun ailəsini ziyarət etdilər.

8 Noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən Müharibəsi şəhidi Nayib Akif oğlu Qasımovun ailəsini Mahmudavar kəndində, yaşadığı evdə ziyarət etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov şəhid ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açmışlar.

Sonra Araz Əhmədov, Məşhur Məmmədov və Anar İsgəndərov şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən Müharibəsi şəhidi Nayib Akif oğlu Qasımovun ailəsi və doğmaları Masallı rayon rəhbəri Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov ilə geniş söhbətdə onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qonaqlara dərin minnətdarlıqlarını qeyd etmişlər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад